Virtual televiziya aparıcıları gəlir

Manshet Texnologiya

Çin İnternet-axtarış sistemi “Sogou” virtual xəbər aparıcılarını hazırlaması ilə ümumdünya şöhrəti qazanıb.

Nsa.ge xaric mediaya istinadən bildirir ki,  ilk belə aparıcılar keçən ilin noyabrında “Sinxua” agentliyinin telekanalında  görünüb.

Martda virtual kişi kollektivinə kiberqadın Sin Syaomen qoşulub. Hazırda “Sogou” başqa ölkələrə də virtual televiziya aparıcılarını çıxarmağı planlaşdırır.

Çin İnternet nəhəngi dünyada ilk ərəbdilli virtual aparıcının yaradılması üçün Birləşmiş Ərəb Əmirliklərinin dövlət televiziyası ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Çin 2030-cu ilə qədər süni intellekt sahəsində liderliyə nail olmağa çalışır və virtual televiziya aparıcılarının hazırlanması texnoloji inkişafın yalnız bir nümunəsidir.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir