WhatsApp-dan yenilik, qaydanı pozduğunuza görə məhkəmə qarşısına çıxa bilərsiniz

Manshet Texnologiya

“WhatsApp” messencerindən istifadə qaydalarının pozulmasına görə istifadəçilər məhkəmə qarşısına çıxarıla bilər.

Nsa.ge xəbər verir ki, bu haqda messencerin rəsmi saytında məlumat verilib. Yenilik 2019-cu il dekabrın 7-dən qüvvəyə minəcək.

Avtomatlaşdırılmış və ya kütləvi mesaj göndərilməsi, proqramdan şəxsi məqsədlər naminə istifadə edilməsi pozulmuş qaydalar siyahısına daxildir. Tərtibatçılar, həmçinin bildiriblər ki, istifadə qaydalarını pozanlarla mübarizədə texniki üsullardan da istifadə ediləcək.