Whatsapp istifadəçilərinə XƏBƏRDARLIQ: Soyğunçular peyda olub

Manshet Texnologiya

Kiber təhlükəsizlik üzrə mütəxəssislər soyğunçuların “Whatsapp” vasitəsilə yeni fırıldaq metodunun üstünü açıblar.

Nsa.ge xarici KİV-ə istinadən xəbər verir ki, soyğunçular “Whatsapp”-ın ildönümü münasibətilə istifadəçilərinə 1000 GB internet hədiyyə edəcəyi ilə bağlı link göndərərək telefonlardakı şəxsi məlumatları oğurlamağa çalışıblar.

Onlar bu metodla cihazınızda olan bank hesabları, kredit kartı bilgilərini asanlıqla ələ keçirə bilər. Bu səbəbdən mütəxəssilər “Whatsapp” la gələn heç bir linkə daxil olmamağı məsləhət görürlər.