Yandex yeni xidmət yaratdı

Texnologiya

Yandex və PURINA brendi ev heyvanlarının axtarışı üzrə yeni xidməti işə salıblar.

Nsa.ge Russia mətbuatına istinadən xəbər verir ki, indi insanlar itmiş və tapılan it, pişik haqqında yaxınlıqda yaşayan internet istifadəçilərinə məlumat verə biləcəklər. Bu, ev heyvanının sahibinə qaytarılması şansını artıracaq.

Belə ki, son illər ərzində “Yandex”də itmiş və tapılan it, pişik haqqında yarım milyondan çox sorğu veriblər. Görünür ki, bu statistik məlumat şirkəti öz sevimlilərini tapmağa kömək edən, nizama salınmış alət hazırlamağa sövq edib.

İndi itmiş və tapılan ev heyvanları haqqında insanlar platformaya daxil olub elan yerləşdirə bilərlər. Amma elanda onlar ev heyvanının parametrlərini, foto, öz mobil telefonu, elektron poçtu, rayonunu və onu itirdiyi və tapdığı ərazini qeyd etməlidirlər. Bu əməliyyatdan sonra, istifadəçilərin elanları “Yandex”də və “Reklam Şəbəkəsində” çıxacaq. Belə ki, əvvəlki sorğular da məhz həmin yerlərdə olurdu. Beləliklə, bu elanları o insanlar görəcək ki, onlar ev heyvanlarının həmin rayon ərazisində itiriblər.

NSA.GE