Yanmış Notr-Dam kilsəsinin bərpasına bu texnologiya kömək edəcək

Dünya Texnologiya

Fransanın paytaxtı Parisdə yerləşən 850 illik Notr-Dam kilsəsi demək olar ki, tamamilə yanıb. Bərpa işləri böyük maddi vəsait tələb edir və ekspertlərin qiymətləndirmələrinə görə, 40-50 ilə başa çatacaq.

Məşhur kilsənin restavrasiyası üçün bir çox ölkələrdən ianə göndərilir. Onun keçmiş əzəmətini olduğu kimi bərpa etməyə 3D-xəritə, yəni binanın skan edilmiş rəqəmsal üçölçülü təsvirləri kömək edəcək.

Nsa.ge xarici mediaya istinadən bildirir ki, binanın dəqiq rəqəmsal surəti 2015-ci ildə mərhum tarixçi, memar Endryu Tallon tərəfindən əldə olunub.

O, bütün kilsənin xəritəsinin çəkilməsi üçün lazerdən istifadə edib, son dərəcə dəqiq təsvir yaratmaq məqsədilə lazerə hədəfə nail olaraq, başlanğıc nöqtəyə qayıtmaq üçün lazım olan vaxtı hesablayıb.

Kilsənin rəqəmsal surəti onun bərpasında həlledici əhəmiyyətə malik olacaq.

Fransa prezidenti Emmanuel Makron Notr-Damın restavrasiyası üçün vəsait toplanması istiqamətində görülən işlərə rəhbərlik edir. Artıq Fransanın bəzi zəngin ailələrinin sayəsində yüz milyonlarla avro ianə toplanıb.

Qeyd olunub ki, ilk növbədə, kilsənin 1860-cı ildə tikilmiş və yanğın zamanı uçmuş təpəsini bərpa etmək lazımdır.

Həmçinin dama ciddi ziyan dəyib. Tikintisi zamanı 1160-cı illərə aid ağacdan istifadə edilməsi sayəsində o, dünyada ən qədim damlardan biri hesab olunur.

Xoşbəxtlikdən, Notr-Damın daxilində olan obyektlərin bir çoxu yanğınsöndürənlər tərəfindən xilas edilib. Tarixi abidənin söndürülməsi üçün təxminən 400 yanğınsöndürən cəlb olunub.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir